«Cənub Qaz Dəhlizi» 2030-cu ildə mənfəətli olacaq
“Cənub Qaz Dəhlizi” layihəsi 50-60 il aktiv olacaq. “Cənub Qaz Dəhlizi” və “Şahdəniz 2” layihəsi 2028-2030-cu illərdə xərclərini çıxaracaq, deyə energetika naziri Natiq Əliyev "Natural Gas Europe" saytına müsahibəsində bildirib.
Onun sözlərinə görə, cəlb edilən şirkətlərin hər birinin mənfəətliliklə bağlı öz qiymətləndirməsi var.
"Azərbyacan “Şahdəniz”, TANAP və TAP-a vahid layihə kimi baxır. “Şahdəniz 2”nin kapital xərcləri $25 mlrd, “Cənub Qaz Dəhlizi” layihəsinin xərcləri $20 mlrd təşkil edəcək. Türkiyəyə qaz 2018-ci ildən, Avropaya 2020-ci ildən nəql ediləcək. “Şahdəniz 2” layihəsindən gəlirlər qaz Avropaya çatmadan əldə ediləcək. Xərclərin bir hissəsi 2020-ci ilə kimi qayıdacaq. “Şahdəniz 2” layihəsindən 16 mlrd qazla yanaşı, ildə 29 mln barrel kondensat da çıxarılacaq və BTC ilə nəql ediləcək. “Şahdəniz 1” layihəsində qaz və kondensat hasilatı 10 mlrd kubmetr və 16,4 mln barreldir", - deyə Əliyev qeyd edib.
* “Cənub Qaz Dəhlizi” layihəsi Aİ üçün prioritet layihələrdəndir və Avropaya 10 mlrd kubmetr, Türkiyəyə 6 mlrd kubmetr qaz nəqlini nəzərdə tutur. –0—
-
- İqtisadiyyat
- 12 Mart 2016 12:44
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz