Cənubi Qafqazın «barıt çəlləyi» daha beş il fəaliyyət göstərəcək
Cənubi Qafqazın daha 5 il «barıt çəlləyi» üzərində oturacaq. Ermənistan ictimai xidmətin tənzimlənməsi komissiyası "Ermənistan Atom Elektrik Stansiyası" QSC-nin lisenziyasını 10 iyun 2019-cu ilə kimi uzadıb. Rusiya tərəfinin maliyyələşdirməsi məsələsi isə təsdiq edilməyib.
RF KİV-nin məlumatına görə, iki blokdan biri ildə 2,2 mlrd kVt.s elektrik enerjisi istehsal edir.
Ermənistan hökuməti bu ilin martında AES-in blokunun istismar müddətini 2016-cı ilə kimi uzadıb.Ötən ilin sentybarında RF prezidenti Putin Ermənistan prezidenti ilə görüşündə deyib ki, AES-in enerji blokunun istismarı 10 il uzadıla bilər, Rusiya $300 mln vəsait cəlb etməlidir.
Ermənistan Atom Elektrik Stansiyasına lisenziya 30 illiyə - 1 sentyabr 2016-cı ilə kimi verilib. 2010-cu ildə hər iki tərəf 1060 MVt gücündə yeni blok tikintisi barədə razılığa gəlib. Amma vəsait olmadığı üçün iş getmir.
AES 1980-ci ildə işə salınıb, 1988-ci ildə zəlzələ ilə bağlı fəaliyyəti dayandırılıb. İki enerji bloku ilk nəsil ВВЭР-440 Rusiya reaktoru ilə təmin edilib. Birinci blokun işi dayandırılıb, 407,5 MVT gücündə 2-ci blok ölkənin enerji ehtiyacının 40%-i ödəyir.
Avropa İttifaqı AES-in bağlanmasını tələb edir. Bunun üçün 200 mln avro ayırmağa hazırdır. Ermənistan tərəfi hesab edir ki, $5 mlrd qiymətində yeni AES tikilməlidir. --17D—
-
- Siyasət
- 5 İyun 2014 12:59
-
- İqtisadiyyat
- 5 İyun 2014 13:53
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz