Kiçik vergi pozuntuları azalmır
Bu ilin may ayında vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 5543 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib. Aprellə müqayisədə pozuntu sayı 10,8% artıb.
Vergilər Nazirliyinin məlumatına görə, ötən ay 2500 vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların aparılması qaydalarını pozub. 3000 ticarət, iaşə və xidmət obyektində çek vurulmayıb. 1166 vergi ödəyicisi qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul edib. Hər bir belə fakta görə 400 manat cərimə nəzərdə tutulub. Təkrar olunanda məbləğ iki dəfə artır.
2012-ci ildən qeyri-leqal məşğulluqla mübarizə aparılsa da, iş yerlərinin açıqlanmaması aktualdır. Mayda 398 vergi ödəyicisi tərəfindən 576 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi aşkarlanıb. Apreldə 642 qeyri-leqal aşkarlanmışdı.
Vergilər Nazirliyi bu ildən vergi yığımını sabitləşdirmək üçün vergi ödəyiciləri ilə tərəfdaşlıq sazişi imzalayır. Amma kiçik biznes iqtisadi və vergi sisteminin onları qanunsuz işlərə məcbur etməsindən gileylidir. Bir çox hallarda yerli və xarici malların qaiməsi olmur. Demək, bu halda onlar dövlətdən ticari əməliyyatlara görə almalı olduqları ƏDV ala bilmirlər. Ona görə sahibkarlar məcburən dövriyyəni az göztərir. 08D
-
- İqtisadiyyat
- 5 İyun 2014 13:24
-
- Siyasət
- 5 İyun 2014 14:22
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz