Çexiya nazirinin Azərbaycan qazının idxalı barədə siyasi bəyanatı
Çexiya Azərbaycandan qaz tədarükündə maraqlıdır. Çexiyanın sənaye və ticarət naziri Yan Mladek martın 3-də Azərbaycan-Çexiya biznes forumunda belə deyib.
Onun sözlərinə görə, ötən il Çexiyanın neft idxalının üçdə biri Azərbaycanın payına düşüb.
Mladek deyib ki, Çexiya Azərbaycandan uzun müddətli qaz tədarükündə də maraqlıdır. Buna görə TANAP layihəsinin tikintisi vacibdir.
Nazir deyib ki, Nabucco və South Stream layihələri baş tutmadığı, “Türk axını”na çox vaxt tələb olunduğu üçün TANAP ən real layihədir.
Çexiyanın nazirinin bu bəyanatı təəccüb doğurur. O bilməmiş deyil ki, “Türk axını”nın 15,75 mlrd m3 gücündə ilk xətti 2016-cı ilin sonu üçün, qalan hissə 2018-2019-cu illərdə istifadəyə verilməlidir. Azərbaycan qazı isə Avropaya 2020-ci ildə daxil olacaq. Azərbaycan qazı Avropaya sabah daxil olsa, bundan Çexiyaya nə düşür? Axı Türkiyədən sonra bu qaz İtaliya və Yunanıstana gedəcək. Azərbaycanda yeni qaz yataqları işlənməmiş və “Cənub qaz dəhlizi” genişləndirilməmiş Avropada Azərbaycan qazının yeni alıcıları olmayacaq. Bu isə 2023-2024-cü illlərə çəkəcək. Ona görə nazirin bəyanatı siyasi bəyanat hesab edilə bilər. –12В--
-
- Cəmiyyət
- 4 Mart 2015 11:08
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz