Azərbaycan avtobenzin ixracını dayandırıb: daxili bazarda tələbat artır
ARDNŞ-nin məlumatına əsasən, fevralda neft məhsulları ixracı yanvarla müqayisədə 44,6% azalıb.
Şirkətin mətbuat xidmətinin məlumatına görə, 2015-ci ilin fevralında neft məhsulları ixracı 70,548 min ton, yanvarda 127,326 min ton olub.
Fevralda 54,070 min ton dizel yanacağı, 16,478 min ton reaktiv yanacaq ixrac edilib.
Qeyd edək ki, yanacaq ixracatı daxili bazarda tələbat artanda dayandırılır.
2015-ci ildə neft məhsulları ixracı hələlik 197,875 min ton, o cümlədən dizel yanacağı 165,227 min ton, reaktiv yanacaq 32,470 min ton, mazut ixracı 0,178 min ton olub.
2014-cü ildə neft məhsulları ixracı 1558,315 min ton, o cümlədən benzin 9,432 min ton, dizel 992,725 min ton, reaktiv yanacaq 196,729 min ton, vakuum qazoylu 358,772 min ton, mazut ixracı 657 ton olub. –12D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz