«Chartis Azerbaijan» olsun, olmasın?
Britaniya kapitallı «Chartis Azerbaijan» sığorta şirkəti ilin əvvəlindən mükafat toplamayıb. Şirkət Azərbaycandan getmək istəyir, deyə Sığorta Nəzarəti Xidmətində Turan-a bildiriblər.
Şirkət artıq səhmlərinə alıcı da tapıb.
Chartis Azerbaijan 1999-cu ildən fəaliyyət göstərir. Əvvəl onun əvəzinə törəmə strukturu AIG (American International Group) qeydiyyata alınmışdı.
İndi 49% Amerika kapitallı şirkətin yerinə 100% xarici kapitallı Brintaniya şirkəti fəaliyyət göstərir (15 oktyabr 2010-cu ildə qeydiyyata alınıb) və 10 sığorta növü üzrə xidmət edir. Şirkətin nizamnamə kapitalı 6,7 mln manatdır.
Əsas təşkilat olan CHARTIS-in 90 illik sığorta təcrübəsi var. Bu gün CHARTIS 160 ölkədə 45 mln müştəriyə xidmət edir. --17D—
-
- İqtisadiyyat
- 18 İyun 2014 15:57
-
- İqtisadiyyat
- 18 İyun 2014 16:22
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz