Coca-Cola məhsulların qiymətini artırır
“AzerbaijanCoca-ColaBottlers” məhdud məsuliyyətli cəmiyyət 2015-ci il yanvarın 24-dən istehsal etdiyi məhsulların ayrı-ayrı növlərinin pərakəndə qiymətini artıracaq.
Şirkətin məlumatında deyiılir ki, “Cappy” və “Fusetea” içkiləri üçün tövsiyə edilən pərakəndə qiymət 0,5 litrlik plastik qabdakı məhsul üçün 0,7 manatadək artacaq (hazırda 0,6 manat); “Burn” (içkisi 0,5 litrlik plastik qabda) 2,1 manatadək artacaq (hazırda 1,9 manat).
“Bonaqua” (qazlı və qazsız) içkisinin qiyməti 0,5 litrlik plastik qabda 0,20 manatdan 0,25 manata, 2 litrlik həcmdə 0,5 manatdan 0,6 manata, 5 litrlik həcmdə 1,1 manatdan 1,3 manatadək artacaq.--17D—
-
- Siyasət
- 13 Yanvar 2015 17:06
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz