CredAgro-nun portfelində problemli kreditlər 0,44%-dək azalıb
"CredAgro" MMC qeyri-bank kredit təşkilatının aktiv kredit portfeli bu ilin yanvar-sentyabrında $2,71 min və ya 8,4% artaraq $34,84 mln olub.
Portfelin strukturunda mikrokreditlər 95,4%-dir.
Cəmiyyətin aktivləri $3,41 mln və ya 8,8% artaraq $41,89 mln olub. Müştəri bazası 5,1% azalaraq 17,95 min nəfərə düşüb.
Problemli kreditlərin payı ilin əvvəli ilə müqayisədə 0,54 faiz bəndi azalaraq 0,44%, mikrokreditləşmədə 0,04 f.b. azalaraq 0,52% olub.
Fəaliyyəti dövründə təşkilat $311,82 mln kredit, o cümlədən $311,69 mln mikrokredit verib.
""CredAgro" 3 aydan 60 aya kimi kredit verir. Kredit məbləği $500-$120 000 olur. Kənd təsərrüfatı kreditləri üzrə faiz dərəcəsi 24%, ticarət və biznes üzrə 25-28%, istehlak kreditləşməsi üzrə 30-36%, ekspress kreditlərdə 36%, lizinqdə illik 25%-dir. --15B--
-
- İqtisadiyyat
- 19 Noyabr 2013 14:22
-
- Cəmiyyət
- 19 Noyabr 2013 15:28
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz