Bank VTB (Azərbaycan)ın nizamnamə kapitalı 50 mln manatı keçib
Bank VTB (Azərbaycan)ın 13,23 mln manatlıq səhmləri cümə günü Bakı Fond Birjasında yerləşdirilib.
Nominalı 0,2 manat olan 135 min adi sənədsiz adlı səhmin emissiyası ötən ayın sonunda qeydiyyata alınıb. Birjanın məlumatına görə, bütün səhmlər iki əqd çərçivəsində (iki investor) satılıb. Anderrayter "Brokdil-az" MMC-dir.
Bu günə elan edilən emissiyanın 100%-i yerləşdirilib. Beləliklə, ödənilmiş nizamnamə fondu 50,81 mln manata çatıb.
Bank VTB (Azərbaycan) ASC Bank VTB ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları Rusiya tərəfndən – Bank VTB ASC və Azərbaycan tərəfindən – “AtaHoldinq” ASC-dirlər. Bank VTB (Azərbaycan) ASC korporativ biznes, kiçik biznes və fərdi müştərilərə xidmətlər göstərir. Bank 4 filial və Baş ofisdə Müştəri Xidmətləri İdarəsilə təmsil olunur..-15D--
-
- İqtisadiyyat
- 19 Noyabr 2013 14:21
-
- İqtisadiyyat
- 19 Noyabr 2013 14:39
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz