Daha bir Azərbaycan aviaşirkəti bağlanmaq həddindədir
“Turan Air” aviaşirkəti bütün müntəzəm uçuşları dayandırıb. 1994-cü ildən fəaliyyət göstərən aviaşirkət praktik olaraq sərnişin daşımaları bazarını tərk edib, amma rəsmi məlumat verməyib.
Aviaşirkət 2006-cı ilin iyulundan “SW Holding” şirkətlər qrupuna daxil olub və bir neçə «Tu-154» təyyarəsi olub. Yaxın vaxtlara kimi o, Bakıdan Kazan və Yekaterinburqa, Lənkərəndan Surquta uçuşlar həyata keçirib. Holdinqdə Turan-a bildiriblər ki, reyslər sərnişin axınının azlığından dayandırılıb.
Xatırladaq ki, 2009-cu ildə ilk özəl aviaşirkət olan “IMAIR” (“Improtex Group” şirkətlər qrupuna daxil olub) ləğv edilib.
Beləliklə, hazırda yerli hava daşımaları bazarında “Azerbaijan Airlines” QSC və “Silk Way Business Avioation” qalıb. Sonuncunun 6 təyyarəsi var (Gulfstream – 550, Gulfstream – 450, Gulfstream – 200, Gulfstream – 280, Boeing-727-200 və ATR - 42- 500) və kommersiya uçuşları həyata keçirir (ayda təxminən 200 sərnişin) və ziyanla işlədiyi barədə hesabat verir. Amma “Silk Way Business Avioation” daha bir Gulfstream almaq üçün plan qurur.– 650.--08B—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz