Daha bir sığorta şirkəti qopma ərəfəsində
Birinci rübdə "Azərqarant Sığorta" sığorta şirkəti cəmi 142,58 min manat toplayıb. Bu ötən ilin analoji dövrü ilə müqayisədə üç dəfə azalma deməkdir. Bütün mükafatlar könüllü növlər üzrə toplanıb.
Şirkətdə Turan-a bildiriblər ki, bədbəxt hadisə və xəstəliklərdən sığorta üzrə mükafatlar sığorta haqlarının strukturunda 119 min manat, yəni sığorta haqlarının 83,5% təşkil edib.
Avtomobillərin КАСКО sığortası üzrə 11,67 min manat, əmlakın yanğından və başqa risklərdən sığortası üzrə 11,81 min manat, könüllü tibbi sığorta üzrə 100 manat toplanıb. Bu, lisenziyadan məhrum olmağa namizəd olan şirkətlərdən biridir. Şirkətin ödənişləri 46,95 min manat olub. Ötən ilin analoji dövrü ilə müqayisədə 3 dəfə azalma var.
Ödənişlərin əsas hissəsi də bədbəxt hadisə və xəstəliklərdən sığorta üzrə – 34,31 min manat. Ardınca avtomobillərin КАСКО sığortası gəlir - 12,48 min manat. Bundan başqa, şirkət KTS üzrə 159 manat ödəyib.
«Azərqarant Sığorta» 1997-ci ildə yaradılıb, 2008-ci ildə 5 illik lisenziya alıb.
Şirkətin təsisçisi bir fiziki şəxsdir. Şirkət 24 növ üzrə sığorta fəaliyyəti göstərir, bundan 3-ü icbari, 21-i könüllüdür.
«Azərqarant Sığorta»ın Gəncə, Quba və Zaqatalada filialı var. Nizamnamə kapitalı 5,61 mln manatdır. --17D—
-
- İqtisadiyyat
- 6 May 2013 12:26
-
- İqtisadiyyat
- 6 May 2013 12:38
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz