Daha iki struktur «Akkord» korporasiyasından ayrılıb
“Akkord” korporasiyası bir neçə müəssisənin strukturundan çıxdığını elan edib. Onlar noyabrın 28-dən iki müstəqil şirkət kimi fəaliyyət göstərir. Ötən il ayrı-ayrı istehsal və başqa müəssisələrin ayrılması ilə korporasiyanın holdinqə çevrilməsi strategiyası qəbul olunmuşdu.
Vergilər Nazirliyinin məlumatına görə, “Akkord” korporasiyasından aasfalt zavodu və metal konstruksiya istehsalı müəssisəsi ayrılıb. “Akkord Asfalt” MMC və “Akkord Steel Construction Company” MMC yaradılıb. Nəticədə «Akkord» korporasiyasının nizamnamə kapitalı 35 min manat azalıb və 74 112,5 min manatdır.
“Akkord Asfalt” MMC-nin tərkibinə 5 asfalt zavodu daxil olub. Onların ümumi gücü ildə 1,6 mln tondur. Gücü saatda 240 ton olan bir zavod bu ilin sentyabrında istismara verilib. Korporasiya həmçinin gücü ildə 70 min ton olan metal emalı və metal məmulatı istehsal edən bir neçə müəssisəyə nəzarət edirdi.
Bu il oktyabrın əvvəlində “Akkord Beton”, “Akkord Prefabrik” və “Akkord Mermer Qranit” zavodları yaradılıb. Ötən il korporasiyadan Qazax sement zavodu ayrılıb və “Qazax Sement Zavodu” MMC yaradılıb.
«Akkord» korporasiyası 2005-ci ildə yaradılıb. 6 ölkədə filial və nümayəndəliyi var, 8 SC və 16 şirkətdə pay iştirakına malikdir. Korporasiyaya “VİP Estate” MMC nəzarət edir. 08D
-
- İqtisadiyyat
- 5 Dekabr 2014 10:04
-
- Cəmiyyət
- 5 Dekabr 2014 11:11
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz