Azərbaycanda milli standart ləğv edilib, ГОСТ yataq ağları qəbul edilib
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi AZS 085-2003 “Yataq ağları. Ümumi texniki şərtlər” dövlət standartını ləğv edərək ГОСТ 31307-2005 "Yataq ağları. Ümumi texniki şərtlər" standartını qəbul edib.
SMPDK-da Turan-a bildiriblər ki, ləğv edilən standart dövlət standartlaşmasının əsasını təşkil edən AZS 1.5-96 dövlət standartının tələblərinə uyğun gəlmir.
Yeni ГОСТ yeni milli standart tətbiq edilənə qədər qüvvədə olacaq.
Bu ilin 10 ayında Azərbaycanda 339,6 min kvadrat metr pambıq yataq ağı istehsal edilib. Bu, ötən ilin eyni dövründəkindən 72,8% çoxdur.
Bu ilin 3 rübündə Azərbaycana müxtəlif materiallardan, o cümlədən kimyəvi tərkibli 58,6 ton yataq ağı idxal edilib. Bir ton mal $12 min 389-a bəyan edilib. Bu, 3013-cü ildəkindən 33,2% çoxdur. 08B.
-
- Cəmiyyət
- 4 Dekabr 2014 18:28
-
- İqtisadiyyat
- 5 Dekabr 2014 10:08
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz