Daha iki yerli büdcə mərkəzdən dotasiyadan azad edilir
2014-cü ildə Mingəçevir və İmişli rayonu öz xərcini yerli gəlirlərlə təmin edən regionlara qoşulub. Gələn il üçün dövlət büdcəsi layihəsində belə nəzərdə tutulub.
2014-cü ildə yerli büdcələrin xərcləri 1 mlrd 629 mln manat olub. Bu, 2013-cü ilin göstəricisindən 7,6% çoxdur. Dövlətin ümumi büdcə xərclərində yerli xərclərin xüsusi çəkisi 8,1% olacaq. Dövlət büdcəsindən dotasiyalar yerli büdcələrin xərclərinin 52,1%-i qədər olacaq. Dotasiyalar 1,8% azalacaq.
Yerli büdcə xərclərinin əsas xərcləri (958,6 mln manat və ya 58,8%) təhsilin (+8,4%) payına düşür. Yerli büdcələrdən səhiyyəyə 249 mln manat (+6,8%), mənzil-kommunal təsərrüfatlara 236,8 mln manat (+8,9%) ayrılacaq.
Yerli icra hakimiyyətlərinin saxlanmasına 87,5 mln manat yönəldiləcək. Müqayisə üçün deyək ki, 2014-cü ildə bələdiyyələrə dotasiyalar bu ilin səviyyəsində 5,2% olacaq.
Hazırda Sumqayıt, Şirvan və Abşeron rayonu özünü maliyyələşdirir. 08D
-
- Cəmiyyət
- 8 Oktyabr 2013 16:47
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz