«Dalğıc» MMC üçün növbəti tranş
Unibank neft xidmətləri şirkəti "Dalğıc" MMC-yə 1,5 mln ABŞ dolları həcmində kredit verib. Bu, avqustun əvvəlindən ikinci kreditdir. Ötən ay Unibank və AYİB-dən $10 mln cəlb edilib.
Vəsait Xəzərdə icra olunan dalğıc işləri, sualtı-texniki işlər, gəmi təmiri işləri üçün ayrılıb.
2014-cü ilin avqustunda Unibank və Avropa Yenidənqurma və İnkişaf Bankı “Dalğıc" şirkətinə 10 milyon ABŞ dolları məbləğində kredit ayırıb. Bu layihə AYİB-in Azərbaycanda yerli banklarla birgə maliyyələşdirdiyi layihələrin arasında ən böyüyüdür.
«Ölkəmizdə sahibkarlığın inkişafına dəstək, hər zaman Unibank-ın prioritetlərindən biri olaraq qalır. Hazırda bankın yalnız bizneslə məşğul olan müştərilər üçün 4 ixtisaslaşdırılmış filialı fəaliyyət göstərir. “Qara Qarayev” biznes-filialı, “Baksovet” və “Dərnəgül” filialları və “Unibank biznes mərkəzi” bizneslə məşğul olan müştərilərin yüksək keyfiyyətli və səmərəli bank xidmətlərinə tələbatını ödəyir», - deyə bankın məlumatında bildirilir.
«Unibank» ASC 2002-ci ildə yaradılıb. Nizamnamə kapitalında fiziki şəxslər 66,21%, hüquqi şəxslər 33,79%, o cümlədən AYİB 12,15%, DEG 6,68% pay sahibidir.
«Dalğıc MMC» bankın ən iri korporativ müştərisidir. --17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz