Daşınmaz əmlak bazarında 29% azalma
2015-ci ilin ilk beş ayında Azərbaycanın daşınmaz əmlak bazarında 29% azalma olub. İllik hesablamada da eyni mənzərədir - 29,4% azalma (1 iyun 2014-cü ildə 2144,146 mln manat, 1 iyun 2015-ci ildə 1513,022 mln manat).
Təkrar bazar 33,4% azalaraq 1326,727 mln manat təşkil edib, ilkin bazar 22,9% artaraq 186,295 mln manata çatıb, deyə AMB bildirir.
Vasitəçilərin payı 2014-cü ilin iyunu ilə müqayisədə 39,4% azalıb.
İpoteka kreditləşməsi 10,8% - 52,7 mln-dan 47 mln manata azalıb. Fevral devalvasiyasından sonra ipoteka kreditləşməsi dayanıb, sonra yenə canlanıb.
Ekspertlər ipotekanın mənzil bazarında aktvlikdə və qiymət müəyyənləşməsində rolunu qeyd edir. Kreditləşmə həcmi azalsa, daşınmaz əmlak bazarında qiymətlər daha da düşəcək. Avropa Oyunlarından sonra “möcüzə” gözləyərək, bazarda qiymətlər donub. Amma böhrandan çıxış 2009-cu ildəki kimi tez olmayacaq. O vaxt iqtisadiyyat inkişaf edirdi. İndi əksinədir və payızda qiymətlər yenə ucuzlaşa bilər. Çünki vəsait axtaran vətəndaşlar qeyri-likvid əmlakdan qurtulmaq istəyəcək. —0—
-
- İqtisadiyyat
- 10 İyul 2015 13:33
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz