İlham Əliyev İtaliya şirkətinin TAP layihəsinə daxil olmasının mümkünlüyü haqqında
Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, İtaliyanın "Snam S.p.A." şirkətinin Azərbaycan qazını Avropaya nəql edəcək Trans Adriatik Boru Xəttinin (TAP) tikintisi layihəsindən pay almaq istəyinə qarşı deyil.
Reuters-in məlumatına görə, dövlət başçısı Milan EXPO beynəlxalq ticarət sərgisində jurnaslitlərin suallarını cavablandırarkən belə deyib.
"Niyə də yox? Əgər digər şirkətlər öz səhmlərini sata bilərsə, mən burada heç bir problem görmürəm,"- deyə İ. Əliyev bildirib.
İlham Əliyev layihənin 2020-ci ildə başa çatdırılacağını təsdiqləyib.
Qeyd edək ki, əvvəllər şirkətin icraçı direktoru Karlo Malkarne Reuters-ə müsahibəsində bildirmişdi ki, şirkət TAP-da 20% səhm almaq üçün iyundan müvafiq qiymətləndirmə işlərinə başlayıb.
TAP-ın səhmdarları bunlardır: BP (20%), SOCAR (20%), Statoil (20%), Fluxys (19%), Enagas (16%) və AXPO (5%). –0—
-
- İqtisadiyyat
- 10 İyul 2015 13:39
-
- İqtisadiyyat
- 10 İyul 2015 13:51
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz