SOCAR nümayəndə heyəti Yaponiyada danışıqlar keçirib
SOCAR prezidenti Rövnəq Abdullayevin başçılığı ilə şirkətin nümayəndə heyəti Yaponiyada səfərdədir. Bu barədə SOCAR-ın saytı məlumat verir.
Səfərin məqsədi Yaponiya şirkətləri ilə ikitərəfli görüşlərin keçirilməsi, SOCAR-ın həyata keçirdiyi layihələrdə Yaponiya şirkətlərinin iştirakının və əməkdaşlıq imkanlarının müzakirə olunmasıdır.
Səfər çərçivəsində R.Abdullayev Yaponiyanın ən böyük neft-qaz hasilatı və emalı şirkəti olan INPEX Korporasiyasının prezidenti Toshiaki Kitamura ilə görüşüb. Görüşdə INPEX şirkətinin SOCAR-ın layihələrində, o cümlədən "Azəri-Çıraq-Günəşli" (AÇG) layihəsində iştirakı, AÇG üzrə gələcək əməkdaşlıq, Azərbaycanın daxilində və xaricdəki layihələrdə mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib.
Həmçinin SOCAR mütəxəssisləri üçün İNPEX şirkətində treninqlərin təşkil olunması da danışıqların predmeti olub.
Amma İNPEX saytı bu barədə məlumat vermir.
Inpex Corp. (10,96%) Yaponiyanın ITOCHU Oil (4,3%) şirkəti ilə birgə "Azəri-Çıraq-Günəşli" (AÇG) layihəsində iştirakçıdır. –12D--
-
- İqtisadiyyat
- 10 İyul 2015 13:52
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz