Daşınmaz əmlak hüququnun ilkin qeydiyyatı 20% azalıb
Bu ilin I yarısında Azərbaycanda 71 468 daşınmaz əmlak obyektinə mülkiyyət hüququ sənədi verilib. Bu, ötən ilin eyni dövründəkindən 3,9% çoxdur. Daşınmaz əmlak bazarında aktivlik yalnız təkrar bazardadır.
Daşınmaz Əmlakın Dövlət Qeydiyyatı Xidməti 2012-ci ilin I yarısında təkrar bazarda mülkiyyətçinin dəyişməsi iıə bağlı 50,8 min əməliyyat qeydə alıb. Təkrar bazarda aktivlik 18% artıb. Deyilən dövrdə mülkiyytəçilər 20,5 min yeni obyekti sənədləşdirib. Bu, ötən ilin eyni dövründəkindən 19,9% azdır.
Bu ilin I yarısında daha populyar daşınmaz əmlak növü torpaq sahələri olub. Bu növ üzrə 27,2 min mülkiyyətçinin hüququ qeydiyyata alınıb. Bazarda aktivlik artımı məhz torpaq sahələri hesabına artıb (+13,3%). Fərdi ev və bağ sahələri (14,3 min) üzrə əqdlər I yarımildə 3,1% azalıb.
Ölkə üzrə daşınmaz əmlakla bağlı əməliyyatların 37,1%-i paytaxtın payına düşüb. Bakıda daşınmaz əmlak üzrə əməliyyatlarda mənzillərin xüsusi çəkisi 66,7% təşkil edib.
Müşahidəçilər qeyd edir ki, daşınmaz əmlak hüququnun qeydiyyatında proseslərin avtomatlaşdırılması ilə əlaqədar bu sahədə bürokratiya və korrupsiya xeyli azalıb. 08B
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz