Daşınmaz əmlak sığortası və sərnişinlərin sığortası üzrə mexanizmlər lazımdır
İcbari Sığorta Bürosu üzvü olan şirkətlər noyabr ayı ərzində daşınmaz əmlakın icbari sığortası üzrə 13 min 058 müqavilə bağlayıblar. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 269 sığorta müqaviləsi bağlanılıb. İki növ üzrə mükafatlar 1 mln manat olub. Müqayisə üçün deyək ki, AVSMMİS üzrə 65,4 mln manat yığılıb.
Dövlət Sığorta Nəzarəti Xidmətində bunu real mexanizmin olmaması ilə izah edirlər.
Sərnişinlərin fərdi qəza sığortası üzrə 8 sığorta müqaviləsi bağlanılıb, həmin müqavilələr üzrə daxil olan sığorta haqları 1 milyon manatdan çox olub.
2013-cü ilin yanvar-noyabr ayları ərzində bu üç icbari sığorta növü üzrə 103,779 sığorta müqaviləsi bağlanılıb. Bunlardan 98,765-i daşınmaz əmlakın icbari sığortası, 4,741-i daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və 273-ü sərnişinlərin icbari fərdi qəza sığortası üzrədir. --17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz