Deka Bank-ın kapitallaşması 93,6% artıb
Bu ilin yanvar-iyununda "Deka Bank" ASC-nin aktivləri 8.4% artaraq 64,25 mln manata çatıb. Fiziki və hüquqi şəxslərə verilən kredit həcmi 1,9% artaraq 52,3 mln manat olub.
Bankın ümumi öhdəlikləri 41,74 mln-dan 32,97 mln manata azalıb. Depozit portfeli 43,9% azalaraq 8,34 mln manat, o cümlədən müddətli müştəri əmanətləri 2,2 dəfə azalaraq 7,25 mln manat olub.
Balans kapitalı 31,28 mln manata çatıb. Məcmu kapital 93,6% artaraq 27,29 mln manat, ödənilmiş nizamnamə fondu 78,3% artaraq 23,96 mln manat olub.
Bankın gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 14,8% artaraq 4,41 mln manat, xərcləri 5,1% azalaraq 1,88 mln manat təşkil edib. Vergi ödəniləndən sonra xalis mənfəət 36% artaraq 2,52 mln manata çatıb. --15B--
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz