Deka Bank-;n depozit portfeli 2,3 dəfə artıb
2012-ci ilin yanvar-sentyabrında "Deka Bank"ın aktivləri 30,2% artaraq 62,06 mln manata çatıb. Fiziki və hüquqi şəxslərə verilən kredit həcmi 25% artaraq 47,68 mln manat təşkil edib.
Bankın ümumi öhdəlikləri 26,73 mln-dan 42,03 mln manata artıb. Depozit portfeli 2,3 dəfə genişlənərək 16,86 mln manat, o cümlədən müddətli müştəri əmanətləri 2,5 dəfə artaraq 14,14 mln manat olub.
Balans kapitalı 4,2% azalaraq 20,03 mln manat, məcmu kapital 16,28 mln manat təşkil edib. Ödənilmiş nizamnamə fondu 13,42 mln manat səviyyəsində qalıb. Bankın gəlirləri 2011-ci ilin eyni dövrü ilə müqayisədə 10,5% azalaraq 5,06 mln manat, xərcləri 6,5% artaraq 2,77 mln manat olub. Vergi ödəniləndən sonra xalis mənfəət 26,8% azalaraq 2,29 mln manat təşkil edib. --15B--
-
- Cəmiyyət
- 7 Noyabr 2012 10:55
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz