Dekabr ayinda inşaat materiallarinin qiyməti sabit olaraq qalib
İnşaat materialları bazarında aparılmış monitorinqin nəticələrinə görə dekabr ayında qiymətlər orta hesabla dəyişməz olaraq qalmışdır. Qeyd olunan passivlik inşaat materiallarının qiymətləri ilə yanaşı alıcılıq qabiliyyətindədə öz əksini tapıb. Yerli bazarda istehsal olunan məhsulların bazardakı ümumi həcmi ötən ayda olduğu kimi 53,5%, idxal məhsullarında isə 46,5% təşkil edib. Ümumiyyətlə 2012-ci il ərzində inşaat materialları bazarında qiymət dəyişikliyi dinamikası yanvarda-0,3%, martda-1,4% mayda- 1,8%, iyulda-0,3%, noyabrda-2,3% azalma, martda-1,4% artım, iyunda-0,5% artım, sentyabrda isə-1,6% artım müşahidə edilmişdir. Digər aylarda isə qiymətlər sabit olaraq qalmışdır.
Son bir ildə isə İnşaat Materialları Bazarında qiymətlər orta hesabla 1,2% artıb. İl ərzində qiyməti dəyişən inşaat materiallarından əsasən armatur-1,8%, daş-2,8%, dam örtükləri-1,7%, şüşə-1,2%, taxta-8,7%, ağac əsaslı lövhələr-4,4%, emusiya və boya-4,3%, alçipan-1%, plasmas borular- 2,4% artıb, inşaat qumu isə-5,3% ucuzlaşıb.
Ekspertlər son bir ayda qiymətlərin ucuzlaşmasını və bazardakı passivliyi əsasən mövsümi amillərlə və eləcədə “Yeni il” bayramı ilə əlaqələndirirlər. Mövsümlə əlaqədar olaraq dekabr ayında tikintinin zəifləməsi bazarda yerli və xarici inşaat materiallarının çoxalmasına səbəb olub ki, buda qiymət azalması ilə nəticələnib. Yaxın günlərdə qiymətlərin sabit qalacağı, aktivliyin isə nisbətən aşağı olacağı gözlənilir.
-
- Bazarların icmalı
- 17 Yanvar 2013 10:25
İqtisadiyyat
-
Avropada təbii qazın qiymətləri cümə günü 2023-cü ilin oktyabr ayından bəri ən yüksək səviyyəyə yüksələrək, bölgədə gözlənilən soyuq hava dalğası fonunda artan tələbat gözləntilərini əks etdirib.
-
ABŞ-ın prezidenti Donald Trampın təklif etdiyi enerji və ticarət siyasətləri qlobal neft və qaz qiymətlərində uzunmüddətli enişə səbəb ola bilər. Bu isə 2026-cı ildən etibarən Azərbaycanda iqtisadi sabitliyin pozulmasına gətirib çıxara bilər, əgər fundamental struktur islahatları həyata keçirilməzsə, iqtisadçı Qubad İbadoğlu son analizində xəbərdarlıq edib.
-
Azərbaycan kənd təsərrüfatı sektorunu şaxələndirmək istiqamətində addım ataraq ölkənin ilk kommersiya məqsədli banan istehsalına start verib. Yerli istehsalçı Fruitland tropik meyvələri daxili bazara təqdim edir.
-
Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan yaşıl enerjinin ötürülməsi sahəsində qarşılıqlı anlaşma memorandumu layihəsinin mətnini razılaşdırıblar. Bu, regionda dayanıqlı enerji əlaqələrinin inkişafında mühüm addım kimi qiymətləndirilir. Sənəd ölkələr arasında enerji mübadiləsini genişləndirmək və Yaşıl Enerji Dəhlizi layihəsi üçün hüquqi baza yaratmaq məqsədini daşıyır.
Rəy yaz