Dekabrda «Kapital Bank» səhmdarları Müşahidə Şurasının tərkibinə yenidən baxacaqlar
Dekabrın 20-də “Kapital Bank” ASC səhmdarlarının növbədənkənar iclası olacaq. İclasın gündəliyinə bankın Müşahidə Şurasının tərkibində dəyişiklik daxildir.
Sonuncu dəfə MŞ-nin tərkibi 2015-ci ilin mayında formalaşdırılıb və beş nəfərdən ibarət olub.
“Pasha Holding” MMC bank qrupunun rəhbəri Cəlal Qasımov Şuranın sədri seçilib. Bu ilin yanvarında səhmdarlar MŞ üzvlərindən birinin – Cavid Quliyevin istefasını qəbul ediblər.
Qeyd edək ki, “Kapital Bank” ASC MŞ-nin sədri Cəlal Qasımov bu günlərdə “Pasha Holding” MMC İdarə Heyəti sədrinin birinci müavini təyin olunub. Çox güman ki, MŞ-nin tərkibinə yenidən baxılması bununla bağlıdır.
Bankın mətbuat xidmətindən səhmdarların yığıncağının çağırılmasının səbəblərini açıqlamayıblar.
Hazırda “Kapital Bank” ASC MŞ-də Rauf Hacıyev, Afaq Mustafayeva və Oqtay Həsənov təmsil olunublar.
“Kapital Bank” ASC şirkətlər “Pasha Holding” şirkətlər qrupuna daxildir. Bankın səhmlərinin 99,87%-i holdinqə məxsusdur. Nizamnamə kapitalı 185,5 mln. manat təşkil edir. 08B
-
- Siyasət
- 1 Noyabr 2016 11:46
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz