Dekabrın 15-də Azərbaycana 264 baş Almaniya cins inəyi gətiriləcək
Dekabrın 15-də Azərbaycana Qolşteyn-friz cinsindən 264 baş Almaniya inəyi gətiriləcək. Bu sayda ilk belə partiya inəklər fermerlər arasında bölünüb, deyə Kənd Təsərrüfatı Nazirliyi bu gün məlumat yayıb.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 6 iyun 2014-cü il tarixli 537 nömrəli sərəncamının icrası ilə əlaqədar heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə 7160 baş iri buynuzlu cins damazlıq heyvanların gətirilməsi üçün müqavilə imzalanıb. Satın alınacaq damazlıq düyələrin cins tərkibinin araşdırılması, seçilməsi və respublikaya gətirilməsi məqsədilə Nazirliyin bir qrup mütəxəssisi və idxal olunacaq damazlıq heyvanların alınmasını sifariş vermiş sahibkarlar AFR-də ezamiyyətdə olublar.
Xatırladaq ki, prezident İlham Əliyev bu ilin yayında damazlıq heyvanların alınması üçün dövlət büdcəsinin ehtiyat fondundan “Aqrolizinq” ASC-yə 13,5 mln, 20 noyabrda isə 10 mln manat ayırıb.
Alınan mallar qiymətinin 50%-ə 3 illiyə lizinqə verilir.
2009-2013-cü illərdə həmin mənbənin vəsaitləri ilə 10 590 baş iri və xırdabuynuzlu heyvan alınıb. Bir neçə özəl heyvandarlıq müəssisəsi yaradılıb. "Aqrolizinq" ASC 2004-cü ildə yaradılıb. 100% dövlət mülkiyyətidir. 2009-cu ildən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindədir. 08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz