Dəmir-beton istehsal edən müəssisə investorlara təklif edilir
Əmlak Məsələləri Dövlət Komitəsi Ceyranbatan Dəmir-beton Zavodunun səhmlərinin 99,23%-i investisiya müsabiqəsinə çıxarıb. İnvestorlar müəssisənin profilini dəyişə bilər.
Müsabiqənin şərtlərinə əsasən, iddiaçılar dövlət büdcəsinə ən azı 520 min manat köçürmək təklifi etməlidir. Müsabiqəyə çıxarılan səhmlərin nominal qiyməti 1 mln 50 min manatdır. Əsas tələb investisiya planı təqdim etməkdir.
“Ceyranbatan Dəmir Beton” 1965-ci ildən fəaliyyətdə olan Ceyranbatan Dəmir-beton Məmulatları Zavodunun bazasında yaradılıb. Müəssisədə 16 nəfər işləyir.
Qeyd edək ki, ƏMDK SC-nin daşınmaz əmlakı, tikililəri, torpaq sahəsi barədə məlumat vermir.
SC-nin 528 885 səhmindən 4084-ü əmək kollektivinə məxsusdur. 08D
-
- Cəmiyyət
- 16 İyun 2015 16:21
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz