Dəmir yolunda daha bir sahə əsaslı təmir olunur
"Azərbaycan Dəmir Yolları" QSC 10 kilometrlik Muğan-Hacıqabul sahəsində təmirə başlayıb.
"Azərbaycan Dəmir Yolları" QSC-dən verilən məlumata görə, Dəmir yolu nəqliyyat sisteminin inkişafina dair Dövlət Proqramının icrası çərçivəsində Bakı - Böyük Kəsik istiqamətində əsaslı təmir işləri davam edir.
Təmir işləri on gün davam edəcək.
Qeyd edək ki, 2013-cü ilin dekbarında Bakı-Böyük Kəsik sahəsinin 317 km-lik hissəsində təmir başa çatıb. İşlər Çexiya “Eksimbank”ın 215 mln avro krediti hesabına həyata keçirilir. Bu yol BTQ dəmir yolunun bir hissəsidir.
Yeni dəhlizin buraxılış qabiliyyəti ildə 17 mln tondur. İlkin mərhələdə bu göstərici 1 mln sərnişin və 6,5 mln ton yük səviyyəsində olacaq. --17D-
-
- Söz istəyirəm
- 10 Fevral 2015 14:42
-
- Siyasət
- 10 Fevral 2015 15:45
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz