Dəmiryolu daşımalarının qiymətləri liberallaşdırılır
Nazirlər Kabineti “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”na dəyişiklik edib. “Respublika ərazisində yük və sərnişin daşıma” sözləri siyahıdan çıxarılıb.
«Azərbaycan Dəmir Yolları» QSC ölkə daxilində yük daşımaları tariflərini bazarın konyunkturundamn asılı olaraq müəyyən edir və yenidən baxırdı. Sərnişin qatarlarında gediş haqqını isə Tarif Şurası müəyyən edirdi. Sonuncu dəfə bilet tariflərinə 2011-ci ildə yenidən baxılıb. Amma sərnişin daşınması ziyanlı idi və yük daşımalarından gəlirlər hesabına örtülürdü.
Nazirlər Kabinetinin bu qərarı 28 yanvarda qəbul edilib, rəsmi mətbuatda fevralın 7-də dərc edilib.
Beləliklə, hökumət sərnişin daşınmasında liberallaşmaya gedib. Mütəxəssislər dəmiryolu nəqliyyatında gediş haqlarının 50%-dən az olamayaraq bahalana biləcəyini deyir.
Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısı 2005-ci ilin sentyabrında təsdiq edilib. Siyahıya 40-dan çox mal, iş və xidmət daxildir. Sonuncu dəfə oraya dərman preparatları daxil edilib. --08D—
-
- Cəmiyyət
- 6 Fevral 2016 23:57
-
- İqtisadiyyat
- 8 Fevral 2016 11:05
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz