Müşavirlərin sayı iki dəfə azaldılıb
Vergilər Nazirliyində kadr dəyişiklikləri davam edir. Ötənhəftə vegilər naziri Fazil Məmmədov 13 müşavirindən 7-i vəzifədən azad edib.
Vergilər Nazirliyindən verilən məlumata görə, müşavirlikdən azad edilən şəxslər nazirliyin müxtəlif struktur vahidlərində müavin vəzifəsinə təyin olunublar. Vergilər nazirinin müşaviri Ələkbər Məmmədov isə eyni zamanda Nazirliyin Beynəlxalq münasibətlər və maliyyə institutlarında vergi monitorinqi baş idarəsinin rəisi təyin olunub.
Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin sabiq rəisi Natiq Şirinov 1 saylı Vergilər Departamentinin rəisi təyin olunub. Bu departament 24 dekabr 2015-ci ildə yaradılıb. Hələlik onun haqqında əsasnamə təsdiq edilməyib. Əvvəllər 1 saylı Vergilər Departamentinin rəisi vəzifəsini Zaur Fətizadə tutub.--08D—
-
- İqtisadiyyat
- 8 Fevral 2016 10:26
-
- Cəmiyyət
- 8 Fevral 2016 11:21
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz