Dəniz suyunun təmizlənməsi üçün avadanlıq alınır
Ekologiya və Təbii Sərvətlər Nazirliyi dəniz suyunun duzdan təmizlənməsi üçün gündə 1000 kubmetr su təmizləyən avadanlıq alır.
Satınalmalar üzrə Dövlət Agentliyinin məlumatına görə, «Azərbaycanın yaşıllaşdırılması və landşaft quruluşu» ASC avadanlıq alınması və tikinti işlər üçün iki şirkətlə iki müqavilə imzalayıb. “Star-Techizat” 863,4 min manat məbləğində avadanlıq tədarük edəcək, “İlkin-N” MMC 417,3 min manat məbləğində tikinti-quraşdırma işləri görəcək.
İşin icrası müddəti açıqlanmır.
Xatırladaq ki, 2013-cü ilin sentyabrında Salyanın Xıdırlı kəndində dəniz suyunu duzdan təmizləyən zavod və tinglikdən ibarət kompleks istismara verilib.
Müəssisədə sutkada 1000 kubmetr su təmizənir, bununla tinglikdəki ağaclar və Xıdırlı kəndi yaxınlığındakı ağaclar suvarılır. Zərurət olsa, suyu içmək də olar. --08B—
-
- İqtisadiyyat
- 13 Oktyabr 2015 12:04
-
- Siyasət
- 13 Oktyabr 2015 14:21
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz