DİN-in şübhəli satınalmaları
Daxili İşlər Nazirliyi Təchizat İdarəsi bu yaxınlarda 26 rayon şöbəsinin inzibati binalarında və müvəqqəti saxlama yerlərində təmir işlərinin satın alınması üzrə 9 müqavilə bağlayıb. Ümumi məbləği 263 min manat olan 3 müqavilə eyni adamın yaratdığı 3 şirkətlə bağlanılıb.
Satınalmalar üzrə Dövlət Komitəsinin məlumatına görə, 10 ayda bu tikililərin təmirinə 839 min manat ayrılıb. Şirvan, Şabran, Siyəzən, Xaçmaz, Biləsuvar, Salyan və Qusar RŞ binasının və Qusarda 3 bölmənin binasının təmirini “Luna Projekt”, “Resurs Projekt” və “Promoks Form” həyata keçirəcək. BU şirkətlər bu il yaradılıb və Fərqan Etibar oğlu Cəfərliyə məxsusdur. Bu şirkətlərin adı Daxili İşlər Nazirliyi Təchizat İdarəsinin satınalmasından başqa heç yerdə çəkilmir. Bu il bu şirkət 116 989 manat məbləğində daha üç təmir işinin podratçısı olub.
Kommersiya strukturlarının dövlət reyestrinə əsasən, bu şəxsin adına 100-dək şirkət var. Onlar qeyri-şəffaf yolla dövlət satınalmalarında qalib olur. Məsələn, onun yeni “Platan Group” MMC şirkəti Bakıda Heydər Əliyev Mərkəzi üçün mebel alınmasında (48 140 manat) qalib olub.
Saxta şirkətlər vasitəsilə dövlət satınalmaları Azərbaycanda geniş yayılıb. “Missiya”larını yerinə yetirəndən sonra bu şirkətlər ləğv edilir. Turan bu qanunsuzluqları işıqlandırıb. Amma hüquq mühafizə orqanları reaksiya vermir. 08B
-
- İqtisadiyyat
- 20 Noyabr 2014 14:07
-
- Cəmiyyət
- 20 Noyabr 2014 14:15
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz