Doqquz ayda kassa dövriyyəsi kəsiri 1,1 mlrd manatı keçib
2012-ci ilin yanvar-sentyabrında bankların kassalarına ümumi nağd vəsait mədaxili 23,209 mlrd manat olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 34,8% çoxdur. Daha çox payı xarici valyuta satışı təmin edib – 32,8%. Mal satışı 17%, kreditlər üzrə mədaxil 7,8%, bankomatlar vasitəsilə mədaxil 4,7%, xidmət və işə görə mədaxil 4,1%, əmlak alınan zaman notarial hesablara mədaxil 3,8%, depozit hesablarına mədaxil 3,7% və s. paya malik olub.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, kassa dövriyyəsinin kəsiri 1153 mln manat (sentyabrda +191 mln manat) təşkil edib. Nağd pul xərcləri hesabat dövründə 24,362 mlrd manat olub. Bu, ötən ilin eyni dövründəkindən 33,7% çoxdur. Ümumi xərclərdən 28,7% mal və xidmət xərcləri, 26,2% bankomatların pulla təchizatı ilə bağlı xərclər, 10,7% xarici valyuta alışı xərcləri, 5,9% kreditlər üzrə ödəniş, 4,6% əmlak əqdləri üzrə notarial hesablardan xərclər, 3,4% depozit hesabından ödənişlər və s. olub.
9 ayda kassa qalığı 332 mln manat olub. Bu, həmin dövrdəki nağd mədaxilinin 1,4%-dir.
Günlük nağd pul mədaxilinin orta həcmi 84,704 mln manat, xərclərin orta həcmi 88,913 mln manat olub. --15B--
-
- Cəmiyyət
- 21 Noyabr 2012 13:54
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz