Dörd yaşayış binasının tikintisi iki şirkətə həvalə edilib
Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində olan “MİDA” MMC Yasamal yaşayış massivində sosial mənzil üçün ayrılan ərazidə doqquz çoxmənzilli binanın tikintisi üzrə tenderin nəticələrini elan edib.
Müsabiqədə iki şirkət qalib gəlib. “Huner-İnsaat” firması 12 mln 593,9 min manat, “NN Group” MMC 16 mln 171 min manat məbləğində sifariş alıb.
Əvvəl elan edilən şərtlərə görə, bütün mənzilər təmir olunmuş şəkildə istismara veriləcək. Tikinti işlərinin başa çatması müddəti barədə məlumat verilmir.
Yasamal yaşayış massivi 11,6 ha sahədə tikilir və 29 yaşayış binasından ibarətdir. Layihəyə əsasən, onlarda 1854 mənzil var. Bundan başqa, sosial mənzil üçün Hövsan qəsəbəsində 20 ha torpaq ayrılıb.
“MİDA” MMC 2016-cı ilin aprelində yaradılıb. Onun fəaliyyətinin təmin edilməsi üçün o vaxtdan 38 mln manat məbləğində 33 tender keçirilib. 08B
-
- Cəmiyyət
- 9 Mart 2017 10:20
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz