Dövlət büdcəsi hesabına dövlət müəssisələrinin 324 mln manat xarici borcu ödəniləcək
2014-cü ildə hökumət dövlət müəssisələrinin 324 mln manat xarici borcunu dövlət büdcəsi hesabına ödəməyi proqnozlaşdırır. Bu, büdcə xərclərinin 1,6%-dir.
Hökumətin təqdim etdiyi büdcə layihəsinə əsasən, bu il Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondunun xərcləri maliyyələşdirilməyib. Əvvəlki il bu göstərici 92,5 mln manat idi.
2012-ci ildə Dövlət zəmanəti ilə alınan borcların Təminat Fonduna kreditorlar tərəfindən 5 852,1 min manat bərpa edilib.
Maliyyə Nazirliyi hansı şirkətin Fonddan vəsait sifarişçisi olduğunu açıqlamır. Məlumdur ki, son illər dövlət zəmanəti ilə “Azerbaijan Airlines” üçün hava laynerləri alınıb. Amma aviaşirkət illik maliyyə hesabatı açıqlamır. Dövlətstatkomun məlumatları göstərir ki, şirkət böyük itkilərlə işləyir. 08D
-
- Siyasət
- 4 Noyabr 2013 14:04
-
- İqtisadiyyat
- 4 Noyabr 2013 15:13
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz