Dövlət büdcəsinin yarıya qədəri iqtisadi inkişafa yönəldilib
Dövlətstatkoma görə, bu ilin I yarısında büdcə gəlirləri 8,2 mlrd manat, xərclər 7,4 mlrd manat, profisit 815 mln manat təşkil edib (dünən maliyyə naziri gəlirlərin 9 mlrd 525 mln, xərclərin 8 mlrd 730 mln olduğunu bildirib).
Xərclərin 44,9%-i və ya 3,3 mlrd iqtisadi inkişafa, 10,3% (766,1 mln) sosial müdafiə və təminata, 18,5% (1,4 mlrd) büdcəçilərin maaşı, pensiya və müavinətlərə, 9,2% (681,6 mln) təhsil və səhiyyəyə yönəldilib. Qalan 17,1% başqa sahələrə xərclənib. --17D—
-
- İqtisadiyyat
- 19 İyul 2013 15:41
-
- Cəmiyyət
- 19 İyul 2013 16:57
İqtisadiyyat
-
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Şərqlə Qərbi birləşdirən Orta Dəhlizin mühüm halqası olaraq, 2024-cü ildə 7,6 milyon ton yük qəbul edib ki, bu da əvvəlki illə müqayisədə 3,2% artım deməkdir. Bu artım limanın qlobal ticarətdə artan rolunu və Çin, Türkiyə, Gürcüstan, İran və Rusiya kimi ölkələr üçün tranzit qovşağı kimi əhəmiyyətini vurğulayır.
-
Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Abu Dabi Milli Neft Şirkətindən (ADNOC) şelfdə yerləşən SARB və Umm Lulu konsessiyasındakı 3%-lik payı 285 milyon dollara alıb. Bu, iki ölkə arasında enerji əlaqələrinin dərinləşdirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilir. Müqavilə 2024-cü ilin may ayında bağlanıb və 2025-ci ilin yanvarında yekunlaşıb.
-
Bakı Kiçik və Orta Biznes (KOB) Evi və Miniboss Biznes Məktəbi uşaqlarda sahibkarlıq bacarıqlarının inkişafına yönəlmiş anlaşma memorandumu imzalayıblar. Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) bazar ertəsi məlumat yayıb.
-
2025-ci ildə Azərbaycanın informasiya təhlükəsizliyi və rəqəmsal infrastrukturu təzyiq altında qalır, çünki ekspertlər Milli İnternet Mübadilə Mərkəzinin (İnternet Exchange Point - IXP) olmamasını vurğulayırlar. Multimediya QHT-nin rəhbəri Osman Gündüz İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyini (İKTA) əsas provayderlər olan Azertelecom, Delta Telecom, AzTelekom və qlobal sənaye liderləri ilə əməkdaşlıq edərək Milli İnternet Mübadilə Mərkəzinin yaradılmasına rəhbərlik etməyə çağırıb.
Rəy yaz