Dövlət istiqrazlarının ilk partiyası tam yerləşdirilib
Fevralın 5-də Bakı Fond Birjasında dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərracda manat və dollar borc qiymətli kağızlarının hamısı yerləşdirilib.
BFB-nin məlumatına görə, adı açıqlanmayan yeganə investor $5 mln dəyərində ortamüddətli dövlət istiqrazlarını 3,5%, $7 mln məbləğində ortamüddətli dövlət istiqrazlarını illik 2,77%-lə alıb.
Eləcə də 20 mln manat məbləğində manat istiqrazları satılıb. Maliyyə Nazirliyi onlar üçün illik 8,79% (DQİ) və 7,79% (DOİ) ödəyəcək.
Xatırladaq ki, Maliyyə Nazirliyi 2016-cı ilin dövlət büdcəsinin kəsirini ödəmək üçün 400 mln manat və $500 mln məbləğində 4 istiqraz buraxılışı həyata kçeirib.. РQK-ın yerləşdirilməsi mərhələlərlə həyata keçiriləcək. 08D
-
- İqtisadiyyat
- 8 Fevral 2016 13:34
-
- İqtisadiyyat
- 8 Fevral 2016 14:06
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz