Dövlət istiqrazlarının yerləşdirilməsinə başlanılır
Bu gün Bakı Fond Birjasında Maliyyə Nazirliyinin manat və dollar nominalında buraxdığı dövlət qısamüddətli və dövlət ortamüddətli istiqrazların yerləşdirilməsinə başlanılır.
İlkin şərtlərə görə, hərracda iştiraka emissiyanın 20%-ni ötməyən qeyri-rəqabətli sifarişlər buraxılır.
Təklif edilən qısamüddətli istiqrazların tədavül müddəti 182 gündür və həcmi 5 mln. manatdır. Hərrac təklif edilən həcmdən 40% müraciət olarsa baş tutmuş sayılacaq.
Tədavül müddəti 364 gün olan qısamüddətli istiqrazların həcmi 15 mln. manat təşkil edir.
İnvestorlara $7 həcmində qısamüddətli istiqrazlar (364 gün), $5 mln. həcmində ortamüddətli istiqrazlar təklif edilir.
Qeyd edək ki, Maliyyə Nazirliyi istiqrazlar üzrə gəlirliyi müəyyən etməyib.
“Kapital Menecment” ASC-də hesab edirlər ki, manatla qısamüddətli istiqrazlar üzrə gəlirlik illik təxminən 7-9%, dollarla 3% və 3,5% təşkil edir.
Maliyyə Nazirliyi 400 mln. manat və $500 mln. həcmində istiqraz buraxıb.08B
-
- İqtisadiyyat
- 5 Fevral 2016 12:17
-
- Cəmiyyət
- 5 Fevral 2016 12:31
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz