Mərkəzi Bank 2016-cı il yanvarın 1-i üçün bank statistikasını açıqlayıb
Mərkəzi Bank 2016-cı il yanvarın 1-i üçün bank statistikasını açıqlayıb. Statistikaya görə, həm bank sektorunun aktivləri, həm də depozit və kreditlərin həcmi artıb. Ekspertlər bunu ötən il dekabrın 21-dən manatın növbəti devalvasiya prosesinin təzahürü kimi qiymətləndirirlər.
Dekabrda bank aktivləri 22,2% artaraq yanvarın 1-də 34,9 mlrd. manat təşkil edib. Aktivlər strukturuna verilən kreditlər (21 152 mln. manat) də daxildir ki, bu da bir ay ərzində 16,3% artıb.
Yanvarın 1-i üçün əhalinin banklarda əmanətləri 9 mlrd. 473,9 mln. manat həcmində dəyərləndirilib ki, bu da dekabrın əvvəlində olduğundan 33,6% çoxdur.
İqtisadçı Samir Əliyev Turan-a bildirib ki, bank sektorunun dollarlaşmasının səviyyəsi olduqca yüksəkdir. Odur ki, iqtisadiyyatın kreditləşməsinin azalmasını və əhalinin əmanətlərini banklardan çıxarmasını nəzərə alaraq, bank göstəricilərinin statistik artımı aldadıcıdır və onun həqiqi durumunu əks etdirmir.08B
-
- Cəmiyyət
- 5 Fevral 2016 12:06
-
- İqtisadiyyat
- 5 Fevral 2016 12:22
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz