Dövlət müəssisələri və özəl strukturlar iqtisadiyyata eyni məbləğdə kapital qoyub
Yanvar-noyabrda Azərbaycan iqtisadiyyatına 13 mlrd 219,8 mln manat (ötən ilin eyni dövrü ilə müqayisədə +0,6%) investisiya qoyulub.
Dövlətstatkoma görə, kapital qoyuluşunun üçdə ikisi (8 mlrd 857,9 mln manat, 67%) istehsal obyektlərinə, qalan 4 mlrd 361,9 mln manat xidmət obyektləri tikintisinə qoyulub.
70% və ya 9 mlrd 247,3 mln manat daxili, 3 mlrd 972,5 mln manat xarici investisiyalardır.
Neft sektoruna 4 mlrd 914,9 mln manat (37,2%), qeyri-neft sektoruna 8 mlrd 304,9 mln manat (62,8%) qoyulub.
Noyabrın 1-i üçün dövlət müəssisələri 6 mlrd 609,9 mln manat (50%) kapital qoyub. Özəl strukturlar da bu qədər paya malikdir.
Pay bölgüsü belədir: müəssisə və təşkilatlar 7 mlrd 15,2 mln manat (+32,4%), bank kreditləri - 449,3 mln manat (- 31,4%), büdcə vəsaitləri - 4 mlrd 962,8 mln manat (- 20,6%), büdcədənkənar fondlar - 289,4 mln manat (- 33,4%), əhalinin vəsaitləri - 437,2 mln manat (+17,1%). Qalan mənbələr 65,9 mln manat (- 48,3%) paya malikdir. --17D—
-
- İqtisadiyyat
- 20 Noyabr 2014 16:27
-
- İqtisadiyyat
- 20 Noyabr 2014 16:37
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz