Mehmanxana gəlirlərinin 85%-i Bakının payına düşür
2014-cü ilin yanvar-iyun aylarında Bakı şəhərində 7360 nömrəsi (otağı) olan 127 mehmanxana və mehmanxana tipli müəssisənin gəlirləri 67 759,2 min manat olub. Bu, ölkə üzrə 527 belə obyektin gəlirlərinin 85%-dir.
Bakı Statistika İdarəsinin məlumatında deyilir ki, bunun 10,3%-i xarici investorlara məxsus obyektlərin payına düşür. Birgə müəssisələrin gəlirləri 17,6%, yerlilərin gəlirləri 72,1% təşkil edir.
2014-cü ilin yanvar-iyun aylarında Bakının mehmanxana və mehmanxana tipli müəssisələrində 214,3 min nəfər yerləşdirilib. Bunun 75%-i əcnəbilərdir. Mehmanxana və mehmanxana tipli müəssisələrdə yerləşdirilmiş vətəndaşların 85,4 faizi qaldıqları yerdə 1-3 gün, 13,7 faizi 4-7 gün, 0,6 faizi 8-28 gün, 0,3 faizi isə bir ay və daha çox müddət gecələyiblər. Bir turist bakıda otel xidmətinə 316 manat xərcləyib.
2013-cü ilin yanvar-iyun ayları ilə müqayisədə bu tip müəssisələrin sayı 4 vahid, nömrələrin sayı isə 1031 vahid artıb. 2014-cü ilin yanvar-iyun aylarında Bakıda 7360 nömrəsi olan 127 mehmanxana və mehmanxana tipli müəssisə fəaliyyət göstərib. Onların birdəfəlik tutumu 11807 yer olub. Bu, ölkə otellərinin ümumi həcminin üçdə biridir.
Bakı otellərində çalışan işçilərin orta sayı 5209 nəfər, onların orta əmək haqqı 610 manat olub. 08B
-
- İqtisadiyyat
- 20 Noyabr 2014 16:45
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz