Neft Fondunun AÇG-dən gəlirləri noyabrda xeyli azalacaq
Bu ilin 10 ayında Neft Fonduna “Əsrin Müqaviləsi” çərçivəsində $13 mlrd 478 mln daxil olub.
Sentyabrda AÇG-dən Fonda mədaxil $1 mlrd 452 mln, oktyabrda $1 mlrd 256 mln olub.
Gəlirlərin azalmasına səbəb neftin qiymətinin düşməsi və hasilatın cüzi azalmasıdır.
Turan-ın proqnozuna görə, noyabrda AÇG-dən Fonda mədaxil xeyli azalacaq. Çünki iri hasilat platformalarından olan “Mərkəzi Azəri” noyabrın 27-dək təmirə dayanacaq. Bu platformadan sutkada 160 min barrel neft çıxarılırdı. Noyabrda AÇG-də hasilat azaldığı üçün ixracat 4,8 mln barrelədək azalacaq. Oktyabrla müqayisədə noyabrda neftin daha da uculaşdığını nəzərə aısaq, Fondun gəlirləri $1 mlrd-dək azalacaq.
Oktyabrın 1-i üçün Neft Fondunun aktivləri $37 mlrd 305,3 mln
2001-ci ildən 1 noyabr 2014-cü ilə kimi Fonda “Əsrin Müqaviləsi” çərçivəsində AÇG-dən $108 mlrd 510 mln daxil olub. –12В--
-
- İqtisadiyyat
- 20 Noyabr 2014 16:37
-
- Cəmiyyət
- 20 Noyabr 2014 16:59
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz