Dövlət müəssisələrinə korporativ idarəetmə prinsiplərini öyrədilir
Aprelin 14-də keçirilən təlim kommersiya müəssisələrində İdarə Heyətinin formalaşdırılmasına həsr edilib. İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatına görə, təlimdə 20-dən çox dövlət müəssisəsinin nümayəndəsi iştirak edib.
Təlimdə çıxış edən İqtisadiyyat və Sənaye Nazirliyinin Korporativ idarəetmə sektorunun müdiri Anar Hacızadə şirkətin icra orqanının rolu və səlahiyyətləri, onun növləri, habelə icra orqanı üzvlərinin hüquq və vəzifələri barədə iştirakçılara məlumat verib.
İSN 2012-ci ildə kommersiya müəssisələrində korporativ idarəetmənin Azərbaycan standartlarını qəbul edib. Onlar dövlət müəssisələri üçün də tövsiyə xarakterlidir.
2015-ci ildə nazirlik bu təlimlərin intensivliyini artırmaq istəyir. Ümumilikdə, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən korporativ idarəetmə prinsiplərinin dövlət müəssisələrində tətbiqi ilə bağlı 38 istiqaməti əhatə edən 8 mövzu üzrə təlimlərin keçirilməsi nəzərdə tutulur.
Standartlara qeyri-dövlət təşkilatlarında da az diqqət yetirilir. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin məlumatına görə, bu ilin I rübündə investorlar 190 SC-də hüquqlarının pozulması faktları ilə bağlı şikayət ediblər. 08D
-
- Söz istəyirəm
- 15 Aprel 2015 17:33
-
- Söz istəyirəm
- 15 Aprel 2015 17:44
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz