Dövlət Taxıl Fondu yerli buğdanın alış müddətini uzadıb
Fövqəladə Hallar Nazirliyi Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondunun ehtiyatlarının ödənilməsi üçün yerli buğda satışının müddətinin noyabrın 1-dək uzadıldığını elan edib.
Məlumatda deyilir ki, taxılın alış qiyməti 1 tona görə 250 manatdan 270 manatadək qaldırılıb. Alqının başlandığı iyunun 21-də elan edilib.
FHN-in mətbuat xidmətindən Turan-a bildiriblər ki, indiyədək yerli fermerlərdən alınan taxılın həcmi barədə məlumat yoxdur. “Alıcı şirkət barədə hesabat yerli taxılın tədarükü üçün ayrılan müddət bitdikdən sonra təqdim ediləcək”, - nazirliyin mətbuat katibi Oqtay Bayramov bildirib.
Qeyd edək ki, Dövlət Taxıl Fondunun ehtiyatları buğda idxalının hesabına formalaşır.
FHN-dən bildiriblər ki, yerli buğda Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli qərarla müəyyən etdiyi keyfiyyət parametrlərinə uyğun deyil. 2015-ci ildə hökumətin qərarı ilə tələb olunan dövlət taxıl ehtiyatlarının səviyyəsi 750 min tona çatdırılıb.
Turan-ın yerli fermerlərdən əldə etdiyi məlumata görə, ərzaq buğdası elevator vasitəsilə bir tonu 250-260 manata, toxumluq buğda 350 manata satılır.08B
-
- İqtisadiyyat
- 3 Sentyabr 2016 11:12
-
- İqtisadiyyat
- 3 Sentyabr 2016 11:18
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz