Binəqədi İH müsabiqəsiz podratçı seçib
Binəqədi İcra Hakimiyyəti iki özəl şirkət ilə sökülən qəzalı binaların yerində çoxmərtəbəli binaların tikintisi üzrə müqavilə bağlayıb. Podratçı şirkətlərin seçilməsi metodu barədə məlumat verilmir (http://binegedi-ih.gov.az/news/1231.html).
Nazirlər Kabinetinin 22 yanvar 2016-cı il tarixli «Bakı şəhəri Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə» qərarının (goo.gl/gfPZh7) icrası çərçivəsində Binəqədi rayonunda 49 çoxmənzilli və 166 fərdi ev sökülməlidir. “Relat House” və “Aztexno Komnpani” şirkətləri ilə iki müqavilə beş binanın yerində bir neçə çoxmərtəbəli binanın tikintisini nəzərdə tutur. Sökülmə və tikinti işləri davam edir.
Maraqlıdır ki, Binəqədi İH bu şirkətlərin necə seçilməsi barədə məlumat vermir.
«Şəffaflıq-Azərbaycan» İB-nin eksperti Elvin Yusifli Turan-a bildirib ki, qanunvericiliyə əsasən, belə hallarda xidmətin alınması üçün tender müsabiqəsi keçirilməlidir. «Rayon İH tender komissiyası təşkil etməli, o, iddiaçılara üçün şərtlər hazırlamalıdır. Bu halda sakinlərin maraqlarının təmin edilməsi üçün layihəyə minimal tələblər müəyyən edilməlidir», deyə ekspert bildirib.
Maraqlıdır ki, deyilən şirkətlərin (“Relat House” MMC və “Aztexno Konpani” MMC) heç birinin tikinti təcrübəsi yoxdur. 08B
-
- Cəmiyyət
- 3 Sentyabr 2016 11:07
-
- İqtisadiyyat
- 3 Sentyabr 2016 11:14
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz