Dövlət Toxum Fondunun əsasnaməsi qüvvəyə minib
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Toxum Fondunun əsasnaməsi açıqlanıb. Əsasnamə oktyabrın 1-dən qüvvəyə minib.
Sənədə görə, Fond kənd təsərrüfatı bitkilərinin toxumlarının toplanması, saxlanması, yenilənməsi və istifadəsi, aqrar sənaye məhsulları istehsalçılarının onlarla təmin edilməsi ilə məşğul olacaq. Həmçinin Fond toxumun qiymətinin tənzimlənməsində, təbii kataklizmlər zamanı onların qiymətinin bahalaşmasının qarşısının alınmasında iştirak edəcək, onların sığortasını təmin edəcək.
Bundan əlavə, Fondun təmsilçiləri satıcıdan satılan toxumun idxalı və keyfiyyəti barədə sənədi tələb etməyə, satlıq toxum partiyasını, həmçinin əkin zamanı istifadə olunan toxumu nəzərdən keçirməyə səlahiyyətlidir.
Fond dövlət başçısının 2 mart 2015-ci il sərəncamına əsasən yaradılıb. İlkin olaraq qurumun fəaliyyəti üçün 10 mln. manat ayrılıb.17D—
-
- Cəmiyyət
- 4 Noyabr 2015 11:27
-
- İqtisadiyyat
- 4 Noyabr 2015 13:07
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz