Dövlətstandartkomun daha bir yoxlaması
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi QOST standartına uyğun olmayan qənnadı məmulatı partiyası aşkarlayıb.
Fiziki şəxs Quliyeva Təranəyə məxsus müəssisədə şərq şirniyyatı istehsalı və satışı qadağan edilib, deyə mətbuat xidməti bildirir.
Yoxlama göstərib ki, sanitariya norma və qaydalarına məhəl qoyulmadan işləyən müəssisə texnoloji prosesi reqlamentləşdirən texnoloji təlimat və reseptura olmadan fəaliyyət göstərir, şirniyyat məhsulları gigiyenik və uyğunluq sertifikatları olmadan istehsal olunur, məhsulların sınaqları aparılmır, istismar olunan ölçmə vasitələri müqayisəli dövlət yoxlanışından keçirilməyib.
Bununla əlaqədar inzibati protokol tərtib edilib, fiziki şəxs Quliyeva Təranəyə məxsus müəssisədə şərq şirniyyatlarının istehsalı və satışı qadağan edilib.
Azərbaycanda minlərlə sahibkar şirniyyat istehsal edir və standartın tələblərinə əməl etmir. Yalnız ayrı-ayrı şəxslər pozuntuya görə cəzalandırılır. --17D—
-
- İqtisadiyyat
- 20 Avqust 2013 17:26
-
- Cəmiyyət
- 20 Avqust 2013 18:05
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz