Dövlətstatkom 1 oktyabr üçün dövlət büdcəsi haqqında
2015-ci ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin kəsiri 92,1 mln. manat və ya ÜDM-in 0,2%-ni təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-sentyabr aylarında dövlət büdcəsinin gəlirləri 12 mlrd 66,3 mln manat təşkil edib. 2014-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə azalma 14,2% olub.
Struktur ARDNF-dən transfertlərdən gəlirləri göstərmir. Amma bunu hesablamaq olar. Belə ki, mənfəət vergisi üzrə daxilolmalar 1 mlrd 570,5 mln manat (azalma 9,3%), ƏDV üzrə 2 mlrd 257,9 mln manat (dəyişməyib ), gəlir vergisi üzrə 796,1 mln manat (artım 12,4%), aksizlər üzrə 490,3 mln manat (azalma 21,7%) təşkil edib.
Hesabat dövründə dövlət büdcəsinin xərcləri 12 mlrd 158,4 mln manat (azalma 5,9%) təşkil edib.
İqtisadiyyatın inkişafına 4 mlrd 791,4 mln manat (azalma 12,5%) xərclənib. Ümumdövlət xərcləri 17,2% artaraq 1 mlrd 136,5 mln manat, sosial müdafiə və sosial təminat xərcləri 2% azalıb (1 mlrd 434 mln manat). Təhsilə 996,7 mln manat (+4,5%), hüquq-mühafizə və məhkəmə orqanlarına 736,3 mln manat (mənfi 1%), səhiyyəyə 454 mln manat (+0,9%) xərclənib.
2015-ci ilin dövlət büdcəsinin gəlirləri 19 mlrd 438 mln manat, xərcləri 21 mlrd 100 mln manat, kəsiri 1 mlrd 662 mln manat və ya ÜDM-in 2,8%-i səviyyəsində təsdiq edilib. --17D—
-
- Cəmiyyət
- 18 Noyabr 2015 14:32
-
- İqtisadiyyat
- 18 Noyabr 2015 15:40
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz