Kartof istehsalı məhsuldarlıq hesabına artıb
Azərbaycanda kartof yığımı başa çatıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu il 827,6 min ton kartof yığılıb. Bu, 2014-cü ildəkindən 1% çoxdur. Məhsuldarlıq 1 ha-dan 136 sentner olub. Bu, ötən ilkindən 3 s çoxdur. Bu il kartof sahələri (61 min ha) 0,7 min ha azalıb.
DSK-ya görə, 2014-cü ildə Azərbaycanda bir nəfərə kartof istehlakı 71,28 kq olub. Bu, əvvəlki ildəkindən 11% çoxdur.
Amma Statistika Komitəsinin məlumatına görə, 2014-cü ildə əhali 683 min ton kartof istehlak edib. Bu, 2013-cü ildəkindən 9 min ton azdır.
Statistika Komitəsi hökumət mənbələrinə istinadən bildirir ki, 2014-cü ildə kartof idxalı iki dəfə artıb və 143 634 ton təşkil edib. Amma Gömrük Komitəsi 129 445 ton toxumluq və ərzaq kartofu idxalı barədə məlumat verib. Dəqiqləşdirmə Kənd Təsərrüfatı Nazirliyi yanında Fitosanitar Xidmətinin məlumatı ilə aparılıb.
Maraqlıdır ki, hökumət ərzaq balansında ildən-ilə keçən 0,5 mln ton kartof barədə məlumat verir. Amma qış dövründə qıtlıq üzündən kartofun 1 kq-ı 30% bahalanaraq $1,2-1,5 manata çatır. 08B
-
- İqtisadiyyat
- 18 Noyabr 2015 14:52
-
- İqtisadiyyat
- 18 Noyabr 2015 15:47
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz