- İqtisadiyyat
- 18 Noyabr 2015, 15:47
- 150
Kvartal ərzində xarici dövlət borcu 1,6% artıb
2015-ci ilin üçüncü kvartalında Azərbaycanın xarici dövlət borcu $109,7 mln. və 1,6% artıb. Bu barədə Maliyyə Nazirliyi bildirib.
Oktyabrın 1-i üçün Azərbaycanın xarici dövlət borcu $6 mlrd. 730,9 mln. təşkil edib ki, bu da bu ilin əvvəlində olduğundan 3,9% çoxdur. Bu il dövlət büdcəsindən ölkənin xarici dövlət borcu üçün (hesablanmış faizlər nəzərə alınaraq) $776,2 mln. ayrılması nəzərdə tutulur. Buradan məlum olur ki, dövlət köhnə borcları ödəyərək yeni borclar götürür.
2016-cı ildə hökumət $948,6 mln. həcmində əsas xarici borcu və onlar üzrə hesablanmış faizləri ödəmək niyyətindədir. Planlaşdırılan kreditlər açıqlanmır.
Oktyabrın 1-i üçün Azərbaycanın hər sakininə təxminən $697,5 xarici borc düşür.08D
-
- İqtisadiyyat
- 18 Noyabr 2015 15:40
-
- Siyasət
- 18 Noyabr 2015 15:55
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz