DSMF-nin gələn il üçün büdcəsi təsdiq edilib
Neftin ucuzlaşması və manatın devalvasiyasına baxmayaraq, Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsinin gəlirləri 3 078 570 100,0 manat, xərcləri 3 078 570 100,0 manat məbləğində təsdiq edilib.
Dünən dövlət başçısı müvafiq fərmanı imzalayıb. Sənədə əsasən, dövlət büdcədsindən transfertlər 1,1 mlrd manat təşkil edəcək. Məcburi dövlət sosial sığorta haqları 1 mlrd 978,6 mln manat olacaq. Əmək pensiyalarının ödənilməsinə 2 mlrd 923 mln 588 min manat, müvinətlər, sosial ödənişlər və DSMF-nin aparatının saxlanmasına 155 mln manat yönəldiləcək.
Xatırladaq ki, bu il DSMF-nin büdcəsi 3 mlrd 56 mln 285,7 min manat təşkil edib. --17D—
-
- Cəmiyyət
- 8 Dekabr 2015 13:28
-
- İqtisadiyyat
- 8 Dekabr 2015 13:49
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz